• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1210
— 24.12.2019 20:33

"Cırtdan nağıllar aləmində" Gəncədə

KepezTV Player

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Gəncə Dövlət Filarmoniyasında uşaqlar üçün yeni il tamaşası təqdim olunub. "Cırtdan nağıllar aləmində" ailəvi meqa-şou balacalar tərəfindən böyük maraqla qarşılanıb. Tamaşa 4 gün ərzində gündə 3 seans olmaqla ödənişsiz şəkildə tamaşaçıların ixtiyarına verilib. Tamaşanın təşkilatı işlərində 30 nəfər ali və orta ixtisas təhsil müəssilərinin tələbələri könüllü qismində fəaliyyət göstərib. Yeni il şousunda uşaqların sevdiyi nağıl qəhrəmanları, fərqli personajlar bir araya gəlib. Qusardan start götürən ailəvi meqa-şounun Gəncədən sonra növbəti dayanacağı Masallı olacaq.

Günay İsayeva könüllü: Yeni il şənliyi tək uşaqlar üçün yox, müəllimlər üçün də maraqlıdır...

Vüqar Əliyev şounun icraçı direktoru: Qusarda 2 gün, Şamaxıda 1 gün, Gəncədə 4 gün şoumuz təqdim olunub. Bundan sonra 2 gün biz Masallı şəhərində olacağıq.