• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1680
— 24.12.2019 20:49

İnformasiya təhlükəsizliyini təmin etməyin yolları

KepezTV Player

Mütəxəssislər deyir ki, əgər hansısa antivirus proqramının sizi tam qoruduğunu düşünürsünüzsə, yanılırsınız. Yəni yüklənən hər hansı proqramın əlavə izləmə, casusluq funksiyası olmadığına 100 faizlik təminat yoxdur.  sakinlər öz informasiya təhlükəsizliyindən əmindirmi?

Bir neçə il öncə xüsusi xidmət orqanlarının Avropada yüzlərlə insanın, hətta dövlət və hökumət başçılarının telefonlarını dinləməsi ilə bağlı informasiyalar yayıldı və bu böyük bir qalmaqal yaratdı.

Əslində informasiya təhlükəsizliyini tam təmin etməyin yolu var. Kompüterdən istifadə etməyin və kamerasını bağlayın. Telefonla danışmayın. Sosial şəbəkələrdəki akkauntunuzu ləğv edin. Əks halda risk həmişə var. Haqqınızda olan məlumatları oğurlaya bilərlər. Başqa məsələdir ki, bu məlumat kiməsə lazımdırmı?