• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 925
— 24.12.2019 20:33

Bayram ərəfəsində dərslər hansı günlərdə keçiriləcək?

KepezTV Player

Təhsil naziri Ceyhun Bayramov Yeni il bayramı ərəfəsində orta məktəblərdə dərslərin hansı günlərdə keçiriləcəyini açıqlayıb. Nazir jurnalistlərə deyib ki, istirahət günlərinin davamlılığını təmin etmək üçün Nazirlər Kabineti tərəfindən Yeni il ərəfəsində bu həftənin şənbə və bazar günləri iş günləri elan edilib. Dekabrın 31-dən yanvarın 6-a qədər ölkədə qeyri-iş günləri olacaq. Bayramovun sözlərinə görə, ümumtəhsil müəssisələrində tədris Nazirlər Kabinetinin qərarına əsasən təşkil olunacaq.Hökumətin qərarına əsasən,vətəndaşlar dekabrın 31-i, 2020-ci il yanvarın 1, 2, 3, 4, 5 və 6-da istirahət etmək imkanı qazanacaqlar. Dekabrın 28 və 29-u isə iş günləri olacaq.