• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1126
— 24.12.2019 20:20

Prezident İlham Əliyev 2 saylı DOST mərkəzinin açılışında

KepezTV Player

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzinin açılışı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib. 2 mərtəbəli bina müasir üslubda layihələndirilib və mühəndis sistemləri baxımından ən yüksək tələblərə cavab verir. Bu DOST mərkəzi gün ərzində 250-300 vətəndaşı qəbul edə biləcək. Mərkəz il ərzində Bakının Xəzər və Pirallahı rayonlarından olan 70 mindən artıq vətəndaşa “bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 132 növdə xidmət göstərəcək. Burada 80 nəfər, “Gənc DOST” proqramı üzrə isə 40 könüllü fəaliyyət göstərəcək. Prezident İlham Əliyev mərkəzin bir qrup işçisi və “Gənc DOST” könüllüləri ilə görüşüb.