• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1205
— 24.12.2019 20:39

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və avtomobillər verildi

KepezTV Player

Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunmuş yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimi keçirilib.Prezident İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı mənzil və avtomobillə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin bir qrupu ilə görüşüb. Prezident İlham Əliyev deyib ki, son illər ərzində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 7500-dən çox mənzil və fərdi ev, 7 minə yaxın minik avtomaşını verilib. Bu, çox nadir hallarda dünya miqyasında baş verir.

Dövlət başçısının sözlərinə görə, gələn il ən azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulur, yəni, bu ildən fərqli olaraq iki dəfə çox. Baxmayaraq ki, bu ilin əvvəlində 800-ə yaxın mənzilin verilməsi nəzərdə tutulurdu. Ancaq əlavə vəsaitin ayrılması nəticəsində bu mənzillərin və evlərin sayı 900-ə çatıb, o cümlədən yüzlərlə minik avtomobili də verilib.