• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1391
— 24.12.2019 20:19

Şəmkirin Kür qəsəbəsində bağça binası yenilənib

KepezTV Player

Şəmkir rayonunun Kür qəsəbəsində körpələr evi uşaq bağçasının mövcud binası əsaslı təmirdən sonra istifadəyə verilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan tərbiyyə müəssisəsi 240 yerlik olmaqla müasir tələblərə tam cavab verir. Bir il ərzində bağça binasında əlverişli şərait yaradılıb. Tərbiyyə müəssisəsi müasir texnologiya, zəruri inventarlarla tam təchiz edilib. Bağçanın həyətində yaşllıq salınıb, uşaqların istirahəti üçün güşələr yaradılıb. Son illər kənd və qəsəbələrdə 11 tərbiyyə müəssisəsi yenlənib. Bağçada 3 kiçik, 3 orta 3 böyük və 2 məktəbə hazırlıq qrupları var. Şəmkirdə 52 körpələr evi uşaq bağçasında 3 minə qədər uşaq tərbiyyə alır.

Günel Məmmədova Kür qəsəbə Körpələr evi uşaq bağçasının müdiri: Bizdə bir təhsil işçisi olaraq əlimizdən gələni əsirgəməyəcəyik.

Arifə Rəcəbova sakin: Heydər Əliyev fondunun dəstəyi ilə yenilənən həm məktəbimiz həmdə qəsəbəmizin uşaq bağçası bizə ikiqat böyük sevinc gətirdi. Yeni il ərəfəsində bu bağçasının istifadəyə verilməsi uşaqların valideynlərin müəllimlərin sevincinə səbəb oldu.

Rəfiqə Mürsəlova sakin: Bağçamız çox bərbad vəziyyətdə idi. Hətta bizim körpələrimiz çox acınacaqlı şəraitdə təhsil alırdılar. İndi bu gün Heydər Əliyev fondunun  hesabına gözəl bağçamız inşa edilib qəsəbə sakinlərinin istifadəsinə veirlib. Əməyi keçən hər kəsə təşəkkür ediərm.

Natiq Hüseyn