• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1290
— 24.12.2019 12:51

40 saylı DSK-da seçici fəallığı ölkə üzrə ən aşağıdır

KepezTV Player

Bələdiyyə seçkilərində bütün məntəqələrdə səsvermə normal həyata keçdi. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun sözlərinə görə, seçkilərdə seçici fəallığı 32,72 faiz olub. Səs vermiş seçicilərin sayı 1 milyon 627 min 64 nəfər təşkil edib. Seçici fəallığının ən yüksək olduğu 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. 38 min 621 seçicidən 16 min 800-ü - 43.50 faizi səs verib. Eyni zamanda, seçici fəallığının ən aşağı olduğu dairə 40 saylı Kəpəz (Gəncə) İkinci Seçki Dairəsidir. Burada 42 min 85 seçicidən 10 min 156-si - 24.13 faizi səs verib.