Bu günə xəbərlərin oxunma sayı: 666
—
24.12.2019 12:35
Gəncədə zibillikdən uşaq tapıldı
KepezTV Player
Gəncə şəhərində yeni doğulan uşağı zibilliyə atıblar. Dekabrın 23-də şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulan qutuların yanında yeni doğulan, naməlum oğlan uşağı tapılıb. Körpə 2 saylı Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, uşağı vətəndaşlar taparaq xəstəxanaya təhvil veriblər: “Körpənin səhhətində nəzərəçarpacaq ciddi problemlər görünmür. Müayinələri davam etdirilir. Hazırda həkim nəzarətindədir”.
- Baxış: 925
