• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1071
— 24.12.2019 12:25

Limit sıfırlanır

KepezTV Player

Yeni ilin ilk günündən etibarən təbii qazın illik limiti sıfırlanacaq. Smart İTRON məişət qaz sayğaclarında bu limit avtomatik qaydada hesablandığı halda, mexaniki qaz sayğaclarında "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşlarının monitorinqi ilə müəyyənləşdirilir. "Azəriqaz"ın məlumatına görə, mexaniki qaz sayğaclarında limitlərin hesablanmasına yeni ilin ilk iş günündən başlanılacaq. Mexaniki sayğaclarda hesabat dövrü hər ayın 5-dən digər ayın 5-nə qədər olan müddəti əhatə edir. Birliyin əməkdaşları sayğacın göstəricilərinə baxmalı və qeydiyyat prosesini aparmalıdırlar. Bu işə isə yeni ilin ilk iş günündən başlanılacaq. Mexaniki sayğaclarda limitlər növbəti ayın 10-na qədər hesablanıb yekunlaşacaq. Növbəti illik limitdə də məhz son hesablanan gündən müyyənləşəcək. Bununla yanaşı, elektron sayğaclarda karta edilən mədaxilin hansı tarixdə əlavə edilməsinin limitə heç bir fərqi yoxdur.

Qeyd edək ki, smart-kart tipi sayğaclardan istifadə edən 1 milyon 200 minə yaxın abonent mövcuddur. Digər abonentlər mexaniki sayğacdan istifadə edirlər.