• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1548
— 24.12.2019 12:08

Dövlət başçısının 58 yaşı tamam olur

KepezTV Player

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra, 1982-ci ildə İnstitutun aspiranturasına qəbul olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb və bir sıra istehsalat-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqustunadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə millət vəkili seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. İlk dəfə 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. 2008, 2013, 2018-ci il seçkilərində də xalq məhz İlham Əliyevə etimad göstərib. Onun rəhbərliyi ilə ölkə ildən-ilə daha böyük uğurlara imza atır. Regionun lideri olan Azərbaycan bu gün dünyanın ən güclü dövlətləri sırasında öz yerini tutur.