• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 754
— 23.12.2019 12:13

Prezident ailəsi ilə birgə səsverdi

KepezTV Player

Bu gün Azərbaycanda bələdiyyələrə seçkilər keçirilib. Prezident İlham Əliyev bələdiyyə seçkilərində iştirak edib. Dövlət başçısı ilə yanaşı birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs vermək üçün Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəldilər. Prezident İlham Əliyev səsvermə otağına daxil olub seçki bülletenini alaraq kabinəyə keçib və sonra bülleteni qutuya salıb. Sonra birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva səs veriblər.