• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1142
— 23.12.2019 19:03

Rayonlarda seçici aktivliyi müşahidə olunub

KepezTV Player

Qərb bölgəsinin rayonlarında da seciçi aktivliyi müşahidə olunub. Vətəndaşlar səhər saatlarından məntəqələrə gələrək istdiklərə namizədə səs veriblər.

Şəmkirdə bələdiyyə seçkiləri 108 məntəqə keçirilib. 117 min 262 seçicinin azad şəkildə seçim etməsi üçün lazımı şərait yaradılıb. 754 namizəd 42 bələdiyyə üzvlük uğrunda mübarizə aparıb. Seçkilərin gedişini 1126 müşahidəçi izləyib. Bundan başqa 21 məntəqədə VEB kamera quraşdıırılıb.

Yeganə Quliyeva - müşahidəçi: 99 saylı Şəmkir kənd seçki dairəsinin 8 saylı məntəqəsində öz təşəbbüsümlə müşahidəçiyəm. Hər şey yaxşıdır. Seçki çox şəffafdır və heç bir narazılığım yoxdur.

Ülkər Bağırova - seçici: Heç bir müdaxilə olmadı istədiyim adama istədiyim namizədə rahatlıqla səs verdim.

Abdulla Sadıqov - 98 saylı DSK-nın sədri: Şəmkir şəhər Dairə Seçki Komissiyasının ərazisində 9 bələdiyyə üzrə seçkilər keçirilir. Seçkilərdə namizədliyi irəli sürülənlərin sayı 254 nəfərdir. Seçki çox şəffaf və demokratik qaydada keçirilib. Hər hansı bir şikayət bizə daxil olmayıb.

Göygöl rayonunda seçkilər 49 məntəqə keçirilib. 24 bələdiyyədə 206 yerə qarşı 657 namizəd mübarizə aparıb. Seçkilərin gedişini 470 yerli müşahidəçi izləyib. 9 məntəqədə VEB kameralar qurulub. Vətəndaşlar səhər saatlarından başlayaraq məntəqələrə gələrək istədiklərə namizədə səs veriblər.

Azad Mehtiyev - seçici: Mən öz səsimi bildiyim namizədə verdim. Mənə heç bir təsir olmadı. Özümü çox sərbəst hiss etdim.

Abbas Zalov - 101 saylı DSK-nın sədri: Hər bir məntəqədə müxtəlif siyasi partiyaların eləcədə öz təşəbbüslərilə seçkiləri izləyən müşahidəçilər oldu. Gün ərzində heç bir müşahidəçidən və namizədlərdən Dairə Seçki Komissiyasına şikayət daxil olmadı.

Samuxda da seçiçi aktivliyi müşahidə olunub. Rayonda yaradılan 44 məntəqədə 38668 seçiciyə öz bələdiyyəsini seçmək imkanı yaradılıb. 21 bələdiyyə üzrə 572 namizədin mübarizəyə qoşulduğu seçkilərdə gedişatı 526 müşahidəçi izləyib.

Fidail Əliyev - seçici: Havanın dumanlı olmasına baxmayaraq seçici fəallığı hiss olunur. Məndə bir sakin bir vətəndaş kimi öz hüquqlarımızdan istifadə edərək bələdiyyə seçkilərinə gəlmişik. Öz layiq bildiyimiz namizədə səs verdik.

Bayram Qasımov - 102 saylı DSK-nın sədri: Məlumat üçün bildirirəm ki, seçkilər tam normal qaydada keçib. Heç bir ərizə şikayət daxil olmayıb. Seçici aktivliyi kifayət qədər yüksəkdir.

Tovuz-Ağstafa-Qazax rayonlarında da sayca 4-cü bələdiyyə seçkiləri reallaşıb. 106 saylı dairə seçki komissiyası üzrə 46 min 164 nəfər seçici 19 bələdiyyə üzrə 390 nəfər arasından seçim etməli olub. Seçkilərin gedişini 363 nəfər yerli müşahidəçi izləyib.