• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1497
— 23.12.2019 19:39

Gəncə sakinləri seçkilərdə fəal iştirak ediblər

KepezTV Player

Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə seçici fəallığı müşahidə olunub.Sakinlər səhər saatlarından etibarən kütləvi şəkildə məntəqələrə gələrək səsvermədə iştirak ediblər.

Gəncədə 3 bələdiyyəyə 12 partiya təmsilçisi və bitərəf olmaqla 145 namizədin mübarizə apardığı seçkilərdə ciddi qanun pozuntuları və şikayətlə bağlı seçki dairələrinə və MSK-yə müraciət daxil olmayıb. Şəhər üzrə 4-ü qapalı olmaqla 111 seçki məntəqəsində siyahıya alınan 151 min 373 seçicinin səsvermə hüququndan istifadə etməsi üçün heç bir çətinlik olmayıb.

Könül Quliyeva - şəhər sakini: Bu ərazidə yaşayıram.Öz istəyimlə gəlmişəm.

Afət Camalova - şəhər sakini: Bu gün bələdiyyə seçkiləridir.Mən bu ərazidə yaşayıram.Burda hər şeyi şəffaf, öz qaydasında görürəm.İstədiyim namizədlərə səs vermişəm. Hər cür şərait yaradılıb.

Tahir Fərəcov - şəhər sakini: Ab-hava çox yaxşıdır.Hələki qanun pozuntusu yoxdur. Gəldik səsimizi verdik.

Seçki məntəqələri yeni nəsil şəxsiyyət vəsiqələrini tanımaq üçün çip oxuyan qurğularla təmin olunub. Seçkiləri izləyənlər üçün məntəqələrdə xüsusi kreslolar da qoyulub. Gəncədə 1369 yerli müşahidəçi ilə yanaşı seçkiləri 40 seçki məntəqəsində quraşdırılan veb-kameralar vasitəsilə canlı izləmək də mümkün olub.

Laura Hacıyeva - müşahidəçi: Öz təşəbbüsümlə seçkidə iştirak edirəm, müşahidəçiyəm. Hər şey şəffafdır. Qanun pozuntusu olmayıb. Seçicilər fəaldır.Hamı istədiyi namizədə səs verir.

Ağakişi Rəhimov - müşahidəçi: 84 yaşım var.Sovet imperiyası dağıldıqdan sonra bütün seçkilərdə müşahidəçi qismində iştirak etmişəm. O gün olsun ki, Dağlıq Qarabağda, Şuşada yaşayan insanlar səsvermədə iştirak etsinlər.

Bütün məntəqələrdə yaşlı və səhətlərindəki proroblemlə əlaqədar məntəqələrə gedə bilməyən seçicilər üçün də şərait yaradılıb. Həmin şəxslərin seçkilərdə səsvermə hüququndan istifadə etmələri üçün qeydə alınan ünvanlara səyyar seçki qutuları daşınıb. 870 seçicinin ilk dəfə səs verdiyi seçkilərdə ən yaşlı şəhər sakini 103 yaşı Yamən Babayeva olub.

Əliağa Səfərəliyev - 38 saylı DSK-nın MnSK sədri: Məntəqə üzrə 1366 seçici var.Hazırda seçki prosesi davam edir. Seçici fəallığı müşahidə olunur.

Nizami Rzayev - 39 saylı DSK-nın MnSK sədri: Seçicilərimizin sayı 1225 nəfərdir. 14 müşahidəçi var.Seçicilər fəaldır. Məntəqədə vebkamera fəaliyyət göstərir. Bütün inventarlarla təmin olunub. Yeni nəsil şəxsiyyət vəsiqələri üçün də müasir texnologiyadan istifadə olunur.Ünvanı həmin qurğular vasitəsilə müəyyən edirik.

Gəncədəki 4 seçki dairəsi üzrə baş tutmuş hesab edilən seçkilərdə yerli özünüidarəetmə orqanlarına Kəpəz və Nizami Bələdiyyələrinin hər biri üzrə 19 üzv, Hacıkənd Bələdiyyəsinə isə 5 nəfər üzv seçilməlidir.