• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1296
— 23.12.2019 17:15

İş təcrübəsi olmayan gənclərə məşğulluq imkanları yaradılır

KepezTV Player

İş axtarırsınız? İşsizliklə bağlı çətinlikləriniz var, ekrana yaxın əyləşin. Qarşıdakı süjetdə məşğulluq imkanları, hansı yolla işsizliyin daşını atmağın mümkünlüyündən danışacağıq.

Hazırda Gəncə Şəhər Məşğulluq Mərkəzində 877 nəfər işsiz olaraq qeydiyyatdadır. Onlardan 26-sı işsizlikdən sığorta ödənişi alır. İlin əvvəllindən şəhərdə fəaliyyət göstərən dövlət və özəl müəssisələrdə 5208 nəfər özünə iş tapıb. Onlardan 404 nəfəri əlavə iş yerlərinin açılması və 103 nəfəri məşğulluq xidmətlərinin göndərişi əsasında məşğul əhali sırasına daxil olublar.

Ruzigar Əlizadə - Şəhər sakini: Bildiyimiz kimi Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncədə iş imkanları yoxdur desək, ədalətsizlik olar. Böyük iş imkanları var, sadəcə istənilən səviyyədə deyil. İşsiz insanlar asudə vaxtlarını səmərəsiz keçirir, zərərli vərdişlərə adət edirlər. Bir insan öz işini sevirsə, canla-başla yanaşırsa, uğursuz olmaq ehtimalı yoxdur. Uğurlu şəxslərə, tanınmış simalara yanaşsaq görərik ki, öz işlərinə həvəslə yanaşanlardır.

Natavan Bayramova - Şəhər sakini: Mən mağazada işləyirəm. Elə insanlar var ki, işləyə bilmirlər. Mən öyrənmişəm, 1 ildən artıqdır çalışıram deyə, elə də çətin olmur. Hər insan fərqli olur.

Rasimə Şahnəzərova - Şəhər sakini: Kim istəyirsə həmişə iş tapa bilər. Şəxs əgər işsizdirsə öz problemidir. Ölkəmizdə iş imkanları mövcuddur. Problem insanlardadır. Gənclər, tənbəllik etməyin, işləyin.

Gəncə şəhər Statistika İdarəsinin verdiyi məlumata görə 2019-cu ilin doqquz ayında şəhərdə 4404 yeni iş yeri yaradılıb. Onların 2925-i daimi, qalanını mövsümü iş yerləri olub. Daimi iş yerlərində işlə təmin olunan 2422 nəfər isə fərdi sahibkarlar tərəfindən yaradılan imkanlkardan yararlananlardır.

Elnur Həsənov - Sahibkar: Əməkdaşda o xüsusiyyət olmalıdır ki, müştəri cəlb edə bilsin.Müştəri ona sual verəndə cavab verə bilsin.Həvəs yaratmaq üçün gəncləri motivasiya etməyə də hazırıq. Bonuslar təklif edə bilərik, hədiyyələr də verə bilərik.Özünə inam, etibarlı olmaq, etimadı doğrultmaq əsasdır. Gənclərə səslənərdim ki, şirkətlərə üz tutsunlar, axtarsınlar. Biz də köməklik göstərməyə hazırıq.

Məşğulluğun səviyyəsi təkcə ölkədə yaradılan təsərrüfat formalarının müxtəlifliyi və onların fəaliyyətindən asılı deyil. Burada həmçinin yeni ixtisaslı kadrların olması, onların öz ixtisaslarına uyğun iş yerləri ndə çalışması da mühüm məsələlərdəndir. Bazar münasibətləri şəraitində praktik biliyi olan və müasir texnologiyaları mənimsəyən şəxslərə daha çox tələbat olduğundan peşəsindən asılı olaraq belələrinin məşğulluğu daha çox təmin edilir. İnsanların sosial müdafiəsi, müxtəlif təsərrüfatçılıq formalarında işçilərin zamanla ixtisasının artması isə zamanla həllini tapan məsələdir.

İşləməyən dişləməz. Bu atalar sözünün əslində mənası odur ki, insan yaşamaq üçün işləməlidir. Səmərəli məşğulluğun təmin edilməsi, insanların iş fəaliyyətinə cəlb olunması onlar üçün çox önəmlidir. Unutmayaq ki, vicdanlı, işinə sadiq, öz peşəsini sevən, öz peşəsi ilə fəxr edən, yorulmadan işləyən adamlar həmişə uğur qazanırlar.