• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1218
— 23.12.2019 17:37

Təhlükəsizlik kameralarının düzgün istifadə qaydası

KepezTV Player

Bəzisi sadəcə görüntü bəziləri isə səsli qeydə alır görüntünü. Söhbət təhlükəsizlik kameralarından gedir. Hər kəs bu cihazlardan məlumatı olsa da bəziləri qoyulan tələblərdən və düzgün istifadə qaydasından xəbərsizdi.

Təhlükəsizlik kameraları ən geniş yayılmış mühafizə sistemi hesab edilir.Video-müşahidə hadisə iştirakçılarını müəyyən etməkdə, ictimai təhlükəsizliyi və nəzarəti təmin etməkdə effektiv rol oynayır.

Təhlükəsizlik kameralarının qiymətləri isə 34 manatdan 10 min manata qədərdi.Hətta müasir kameralarda üz tanıma funksiyasıda var.Onunla obyektdən və ya evdən oğurluq edən şəxsi asanlıqla tapmaq olar.

Kamera təhlükəsizlik sistemlərini quraşdırmazdan əvvəl evdə və ya obyektdə ola biləcək bütün ehitamallar düzgün nəzərdən keçirilib dəyərləndirilsə bu sistemdən yayınmaq asan və sadə olmaz.