• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1326
— 23.12.2019 16:19

Saat 15.00-a olan seçici fəallığı

KepezTV Player

Mərkəzi Seçki Komissiyası saat 15.00-a olan rəqəmləri açıqlayıb. Ölkə üzrə ümumi seçici fəallığı 26.88 faiz olub. Səs vermiş seçicilərin sayı 1 336 733 nəfər təşkil edib. Gəncədə 25 məntəqəsi olan 37 saylı Nizami Birinci seçki dairəsi üzrə 6731 nəfər səs verib. Bu da ümumi seçicilərin 20.18 faizi deməkdir. 38 saylı Nizami İkinci seçki dairəsinin 25 məntəqəsində səsvermədə seçicilərin 23.65 faizi - 8129 nəfər iştirak edib. 31 məntəqəyə malik 39 saylı Kəpəz Birinci seçki dairəsindən 9189 nəfər prosesə qoşulub ki, bu da 22.11 faizlik aktivlik deməkdir. 40 saylı Kəpəz İkinci seçki dairəsinin 30 məntəqəsində isə ümumi seçicilərin 20.80 faizi - 8754 nəfər səs verib.