• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 892
— 23.12.2019 11:03

İlk qatar Rusiyaya yola düşdü

KepezTV Player

Şəmkirdə yerli sahibkarlar qatarla məhsullarını Dəllər stansiyasından Rusiyanın Həştərxan vilayətinə yola salıblar. Hər biri 40 ton tutumu olan xurma vaqonları qonşu ölkəyə göndərilib. İlk qatarın yola salınmasını təntənəli qeyd edən sahibkarlar və rayon rəhbərliyi yaradılan şəraitin ixrac potensialını genişləndirəcəyinə əminlik ifadə ediblər. Buna qədər ölkəmizdə eləcə də Şəmkirdə kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar öz məhsullarının xüsusi maşınlarla Rusiya və digər ölkələrin bazarlarına çətinliklə çatdırırdılar. Dəmir yolu xətti həm xərcləri azaldacaq, həm də vaxta qənaət edəcək. Şəmkir rayonunda istixana şəraitində yetişdirilən tərəvəz məhsullarına və xurmaya Rusiya bazarlarında daha çox təlabat var. Əlverişli şəraitin yaradılması rayonda istixana komplekslərinin artırılmasına və xurma bağlarının genişləndirilməsinə zəmn yaradacaq.