• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 948
— 23.12.2019 11:09

145 namizəddən 43-ü seçiləcək

KepezTV Player

Gəncədə 3 bələdiyyə üzrə 145 namizəd yerli özünü idarəetmə orqanlarında təmsilçilik uğunda mübarizə aparır. Kəpəz və Nizami Bələdiyyələrinin hər birinə 19 üzv, Hacıkənd Bələdiyyəsinə isə 5 üzv seçilməlidir.

Gəncədə bələdiyyə seçkiləri 4 seçki dairəsinin 111 məntəqəsində davam edir. Səsvermənin nəticəsinə görə Kəpəz və Nizami bələdiyyələrinin hər birinə 19, Hacıkənd bələdiyyəsinə isə 5 üzv seçiləcək. Üç bələdiyyə üzrə ümumilikə 145 namizəd qeydə alınıb. Şəhər üzrə 151 min 373 seçici siyahıya alınıb ki, onlardan 870-i ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

40 seçki məntəqəsində prosesi canlı izləmək üçün veb-kameralar quraşdırılıb. Prosesi məntəqələrdə yerli müşahidəçilər də izləyir.

Gəncədə 3 seçki dairəsinin tərkibində 4 qapalı seçki məntəqəsi də yaradılıb. İlk dəfə səsverəcək seçicilərdən 5 nəfərinin 18 yaşı elə seçki günü, yəni 23 dekabr tarixində tamam olur. şəhər üzrə ən yaşı seçici isə 103 yaşı Yamən Babayevadır.