• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3145
— 02.11.2019 16:17

"Ələddinin sehrli çırağı" Kukla Teatrında

KepezTV Player

Gəncə Dövlət Kukla Teatrında ilk dəfə olaraq “Ələddinin sehrli çırağı” tamaşası nümayiş etdiriləcək. Noyabırın ortalarına kimi premyerası olacaq tamaşa Ərəb xalq nağıllarının motivləri əsasında hazırlanır və səhnə əsərinin quruluşçu rejissoru Mahirə Haqverdiyevadır. 50 dəqiqəlik tamaşa 9-11 yaş arası balacalar üçün nəzərdə tutulub və burada teatrın bütün yaradıcı heyyəti rol alıb. Səhnə əsərində əsasən müxtəlif işıq və tüstü effektlərindən istifadə olunur. Burada əsasən uşaqlara dostluğun necə olması, xeyirin şər üzərində qələbəsi nümayiş etdirilir. Tamaşa kasıb Ələddinin başına gələn hadisələrdən bəhs edir. Əmisinin hiyləsinə uyub köməksiz anasını atıb arzularının ardınca gedən Ələddin çox çətin sınaqlardan keçir. Qarşısına çıxan Cin onun başına gələn əhvalatlarda ona kömək edir. Tamaşanın sonunda xeyirxah insanlar qalib gəlir və Ələddin yenidən öz anasına qovuşur. Tamaşa maraqlı aktyor oyunu, gözəl rəqsləri ilə də seçilir.

Fərmayıl Paşayev Gəncə Dövlət Kukla Teatrının direktoru:Çox gözəl bir kompazisiya, quruluş alınıb. Tamaşa bir planda deyil mərtəbəli şəkildə alt və üst planda oynanılır. Hər bir planda aktivdi.

Mahirə Haqverdiyeva tamaşanın rejissoru:Bu tamaşada çalışmışıq ki, bir az yeniliklər edək. Kuklalarda əvvəllər boyun tərpənmirdi, ancaq biz bunları plastik etmişik boyun, baş normal tərpənir.

Nərmin Şərifova aktrisa:Ələddinin sevgilis Budur rolunu ifa edirəm.Bu rol demək olar ki, öz xarakterimə yaxındı. Ona görədə çox sevə-sevə oynadığım roldu. Budur şahın tək qızıdır və çox ərkəsöyün hər istədiyi dediyi anda olan bir qızdı. Çox sevirəm demək olar ki, əsil mənim rolumdur.