• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1208
— 21.12.2019 16:29

Gənclərə populyar peşələrin sirlərindən danışılıb

KepezTV Player

Ölkənin ikinci böyük şəhərində Gənclər Fondunun dəstəyi, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ustad dərsləri keçirilib. Tədbir iştirakçılarına dövrümüzdə aktual olan bir çox incəsənət sahələri ilə bağlı mühüm məlumatlar verilib. Hazırda ali təhsil müəssilərində tədris olunmayan sahələr peşəkarların şəxsi təcrübəsi ilə gənclərə çatdırılıb. Beynəlxalq arenalarda Azərbaycanı təmsil edən tanınmış model Rüstəm Cəbrayılov gənclərə model olmaq üçün vacib kriteriyarıları açıqlayıb. Bir çox uğurlara imza atan fotoqraf Rifat Əliyev isə yaxşı foto çəkməyin sirrlərini gənclərlə bölüşüb. Qarşılıqlı fikir mübadiləsi ilə reallaşan görüşdə həmçinin, gəncəli gənclərin yaradıcılıq ideyaları müzakirə olunub. Modellik, fotoqraflıq kimi peşələrlə bağlı fikir mübadiləsinin aparıldığı tədbir dünən Zaqatalada start götürüb, sabah paytaxtda yekunlaşacaq.

Rüstəm Cəbrayılov model, aktyor: İnsanlar var talantlıdır, amma çıxış yolunu bilmir.

Hüseyn Cavadzadə təşkilatçı: Gəncə sakinləri yaradıcılığa meyilli olduğu üçü buranı seçmişik. Bu həm də bir networking-dir.