• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1503
— 21.12.2019 12:31

596 nəfər ibtidai sinif müəllimi qiymətləndirmədə iştirak edib

KepezTV Player

Gəncədə ibtidai sinif müəllimləri üçün inklüziv təhsillə bağlı qiymətləndirmə keçirilib. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilən qiymətləndirmədə Gəncənin orta məktəblərində çalışan 596 nəfər ibtidai sinif müəllimi iştirak edib. İştirakçılar Təhsil Nazirliyi tərəfindən avqust və sentyabr ayında müəllimlərinin ixtisas artırma və inklüziv təhsillə bağlı təlimlərinə qatılıb. Təlimlərdə təhsildə olan bir sıra yeniliklər, inklüziv təhsilin metodikası izah edilib. Bununla da təlimlərdə iştirak edən həmin müəllimlərin bilik və bacarıqlarının artırılması həyata keçirilib. Qiymətləndirmədə iştirak edən müəllimlər nəticəyə uyğun olaraq sertifikatla təmin olunacaq.

Söhrab Hacıyev Gəncə şəhər Metodik Mərkəzinin direktoru:Təhsil Nazirliyi tərəfindən keçirilən ixtisas artırma təlim kursları müəllimlərin bilik və bacarıqlarının artırılmasına yaxından kömək göstərir. Həmin müəllimlər öz bilik və bacarıqlarını daha da artırırlar. Bu da gələcəkdə məktəblərdə dərs keçəndə onların pedaqoji fəaliyyətini, faəllığını daha da artıracaqdı. Belə təlimlər Təhsil Nazirliyi tərəfindən mütamadi olaraq keçirilir. Digər ixtisas fənləri üzrədə bu təlimlər keçirilir.