• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1293
— 21.12.2019 12:35

Gəncəli paurliftinqçiləri DÇ-da 4 medal qazanıblar

KepezTV Player

Gəncəli paurliftinqçilər Rusiyada keçirilən dünya çempionatında uğurlu çıxışla yadda qalıblar. Milli komandanın tərkibində paytaxt Moskvadakı mundiala qatılan Nizami yurdunun 5 yetirməsindən 4-ü doğma şəhərə medalla dönüb. 3500-dən çox paurliftinqçinin qüvvəsini sınadığı yarışda idmançılarımız ilk dəfə VPF versiya üzrə mübarizə aparıblar. Çətinliyi ilə seçilən bu versiya gəncəli ağırlıqqaldıranlar yaxşı nəticə göstərək 3 qızıl və 1 gümüş mükafata yiyələniblər. Pərvin Əsgərov, Kənan Hacıyev və Nicat Nəsirov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yeganə gümüş medalı isə Əli Əliyev qazanıb. Ən ağır – 125 kq-da çıxış edən gənc idmançı qızıl medalın bir addımlığında olsa da, yekunda qələbə yerli idmançıya verilib.