• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1358
— 20.12.2019 19:50

Gəncəli yeganə sürrealist rəssam

KepezTV Player

Sürrealizm.. Çoxlarına tanış olmayan bu ifadə, rəssamlıqda şüuraltını əks etdirən avanqard cərəyan kimi izah olunur. Bir qədər əcaiblik, gerçəkliyə bənzəməyən məntiqsiz düşüncə tərzi məhz sürrealizmə aid olan rəsm əsərlərində öz əksini tapır. Sevindirici haldır ki, hazırda Gəncədə də bu çətin istiqamətdə möhtəşəm əsərlər sərgiləyən rəssam var. Əməkdaşımız Nazənin Zaman sizi gəncəli yeganə sürrealist rəssam Mehdi Hüseynovla tanış edəcək, süjeti izləyək.
 

Mehdi Hüseynov - sürrealist rəssam: Pablo Picasso bir dəfə sevgilisinin əsərini yaradır. Qadın baxanda deyir, bu nədir yaratmısan? O isə cavabında deyir, vaxt gələcək buna oxşayacaqsan...

Həmin hadisənin üzərindən illər keçsə də, sürrealizmə aid olan rəsm əsərləri əksər insanlarda bu gün də təəccüb doğurur. Təsadüfi deyil ki, hazırda dünyada əsərlərini belə qəliz formada ifadə edən çox az sayda sürrealist rəssamlar var.

Mehdi Hüseynov - sürrealist rəssam: Sürrealizm insanı psixi xəstəliyə doğru aparan bir məşğuliyyətdir.

Gəncəli Mehdi Hüseynov əsərlərini sürrealizm formasında ifadə edən yeganə rəssamlardandır. Onun rəssamlıqla ilk tanışlığı təxminən, 5-6 yaşlarına təsadüf edib. Özü də məşhur rəssam, atası Teyyub Hüseynovun emalatxanasında...

Mehdi Hüseynov - sürrealist rəssam: Atam Gəncədə, Azərbaycanda portretist kimi tanınırdı. Respublikada ilk dəfə Uşaq Qaleriyasını quran ilk insan olub.

Mehdi Hüseynovun hazırda, təxminən 30-u sürrealizmə aid olmaqla, 50-dən artıq rəsm əsəri var. O bundan sonra daha mürəkkəb əsərlər çəkməyi planlaşdırır.

Mehdi Hüseynov - sürrealist rəssam: Beynəlxalq sərgilər çox olub.

Sürrealist rəssam paralel olaraq, ADAU-da dərs deyir, Gəncə Dövlət Dram Teatrda quruluşçu rəssam kimi fəaliyyət göstərir.