• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1563
— 20.12.2019 19:37

Ölkə prezidentinin sərəncamı sakinlərə bayram hədiyyəsi oldu

KepezTV Player

Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqmaətində işlər davam etdiriləcək. Bu məqsədilə prezident İlham Əliyevin imzaladığı sərəncamla  “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə səkkiz milyon manat vəsait ayrılıb. Ötən gün imzalanan sərəncam illərdir su sarıdna əziyyət çəkən sakinləri sevindirməyə bilməz.

Südabə Vəliyeva - sakin: Dünən verilən o sərəncam mənə elə gəlir ki bizim problemlərimizi aradan qaldıracaq. Su və kanalizasiya xətti yenidən qurulacaq. Bir qadın  kimi bir ana kimi mənidə sevidnirir. Bizlər axı sudan daha çox istifadə edirik.

Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin ilkin mərhələsində əsas küçə və prospektlərdə köklü problemlər aradan qaldırılıb. Sözügedən ərazilərdə suya olan ehtiyac ödənilib kanalizasiya xəttləri tam yenilənib. Ümumilikdə 10 mindən çox abaonent yeni su və kanalizasiya xəttindən yararlana bilir. Ölkə prezidenitinin bu istiqamətdə imzaladığı növbəti sərəncam isə Şəmkir şəhərinin tam əhatə etmiş olacaq.

Pərviz İbrahimov - Şəmkir şəhəri üzrə icra nümayəndəsi: Şəmkir şəhəri ərazisində su və kanalizasiya xəttinin yenilənməsi layihəsində işlərin 74 faizı görülüb. Ancaq Şəmkir şəhəri artıq böyüyüb. Yeni salınan yaşayış massivləri günbə-gün artır. Artım tempini nəzərə almaqla əhalinin su və kanalizasiya sisteminin fasiləsiz işləməsi məqəsdilə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalanıb. Sərəncamın icrası tam başa çatdıqdan sonra əhalinin suya olan təlbatı tam şəkildə ödəniləcək.

Yeni layihəyə əsasən Şəmkirçay su anbarından çəkilən su xəttinin şəhər ərazisində paylanılması təmin ediləcək. Xəttlərin üzərində müasir su təmizləyici qurğular quraşdırılacaq. Uzun illərdir su sarıdan əziyyət çəkən sakinlər layihənin davam etdirilməsini sevinclə qarşılayırlar. 

Gülbəniz Əhmədova – sakin: Biz bu sərəncamı çox xoş qarşıladıq. Çünki Şəmkir rayonunda su və kanalizasiya ilə bağlı bir çox problemlər var idi. Bir xanım olaraq müəyən çətinliklərlə qarşılaşırdıq. Amma bu sərəncam bizim çox ürəyimizdəndir. Çünki Şəmkirin inkişafı və gələcəyi üçün çox böyük əhəmiyyətə malikdir.

Bu günədək Şəmkir şəhərində  14215 abonent sudan istifadə edir. Onlardan 11241-nin mənzilində sayğac quraşdırılıb. Digər  abonentlər isə ödənişlərini ailə üzvlərinin sayına görə edirlər.  

 

Natiq Hüseyn