• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2645
— 20.12.2019 12:20

Demoqrafik statistika açıqlanıb

KepezTV Player

Gəncə Şəhər Statistika İdarəsi cari ilin 10 ayı ərzində şəhərdə qeydə alınan demoqrafik vəziyyət barədə rəsmi açıqlama verib. Hesabat dövründə əhalinin sayı 1258 nəfər artaraq, 335 min 301-ə çatıb. Bir kvadrat kilometrə düşən əhalinin sayı 3048 nəfər təşkil edib. Şəhər əhalisinin 45,6 faiz-i yəni, 152 min 948 nəfəri Nizami rayonunda, 54,4 faizi, 182 min 353 nəfəri isə Kəpəz rayonunda yaşayır. Say etibarı ilə xanımların üstünlük təşkil etdiyi göstəricidə əhalinin 163 min 685 nəfəri kişilər, 171 min 616 nəfərini isə qadınlar təşkil edib. Hazırda hər 1000 kişiyə 1048 qadın düşür. Əhalinin ümumi sayında əmək qabiliyyətli yaşadək olanların xüsusi çəkisi 19,5 faiz-65 min 384 nəfərdir. Cari ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən şəhərdə yeni doğulan 2623 körpə qeydə alıınıb. Dünyaya gələn körpələrin 1404 nəfəri oğlan, 1219 nəfəri isə qız uşaqlarıdır. Həmin körpələrdən 46-sı oğlan, 36-sı qız olmaqla, 82-si əkizlərin payıda düşür. 2019-cu ilin yanvar-oktyabr aylarında şəhərdə 1655 ölüm halı qeydə alınıb. Cari ilin 10 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 1402 nikah və 608 boşanma halları faktı qeydə alınıb. Daxili İşlər Nazirliyinin Baş Polis Qeydiyyat və Miqrasiya Xidmətinə tabe olan yerli bölməsi tərəfindən daimi yaşayış üçün şəhərə 695 gəlib, 405 nəfər isə şəhəri tərk edib. Statistikaya görə, miqrasiya saldosu müsbət 290 nəfər təşkil edib. Həmçinin, Gəncə şəhərində 2019-cu ilin oktyabr ayının 1-i vəziyyətinə görə, öz ölkəsində doğma yurdlarını itirmiş 20892 nəfər məcburi köçkün məskunlaşıb. Lakin onlar şəhər əhalisinin daimi sayına daxil edilmir.