• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1706
— 19.12.2019 23:00

Şəmkirli idmançılar qitə çempionatında fərqləniblər

KepezTV Player

Məsul turnirdə məşqçi Taleh İsgəndərovun rəhbərliyi ilə 9 döyüşçü yığma komandanın tərkibində medallar uğrunda qüvvəsini sınayıb. Qitə çempionatına 20 ölkədən Azərbaycana gəlmiş 600-ə yaxın idmançı müxtəlif yaş qrupları və çəki dərəcələrində bacarığını göstərib. Yarış iştirakçılar kemponun 4 versiyası üzrə qalib və mükafatçıların adlarına aydınlıq gətiriblər. Medalçılar sırasına Şəmkir idmançıları düşüb. İsgəndərovun 8 yetirməsi çempionatın mükafatını qazanıb.

Əldə olunan medallardan 4-ü qızıl, 2-si gümüş, digər 2-si bürünc olub. Sultan İsmayılov, Miramin Babayev, Samir Məstanov və Sübhan Quliyev bütün döyüşlərini qələbə ilə başa vuraraq yarışın qalibi olublar. Elçin Məmmədovla Elməddin Əmiraslanov 2-ci, Əsgər Yusubovla Tunar Qazəliyev isə 3-cü yeri tutub.

Qazanılan uğur münasibəti ilə məşq bölməsinin 6 ildir ki, fəaliyyət göstərdiyi Təzəkənddə idmançılarla görüş keçirilib. Şəmkir komandasının üzvlərinin bu illər ərzində mütamadi olaraq rayonu müxtəlif növlər üzrə dünya, Avropa və Respublika birinciliklərində, həmçinin, beynəlxalq turnirlərdə layiqincə təmsil etdikləri vurğulanıb. Qitə çempionatındakı nailiyyətində bu nəticələrin bir hissəsi olduğu qeyd olunub. Bakıdan medalla dönən idmançılar təbrik edilib, uğurların davamlı olması, bu idmançıların gələcəkdə daha peşəkar səviyyədə formalaşması arzulanıb. Görüşdə Şəmkirdə olimpiya idman kompleksinin olduğu və idmanın inkişafı üçün uyğun şəraitin yaradıldığı da vurğulanıb. Bununla belə zallarla bağlı bəzi çatışmazlıqlara baxmayaraq idmançıların nəticələr verdiyi, Azərbaycan bayrağını ən yüksək kürsülərdə dalğalandırdığı, himnimizi səsləndirdiyi bildirilib.