• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 747
— 19.12.2019 20:48

Həm bədəni, həm də beyni inkişaf etdirən məşğuliyyət...

KepezTV Player

Daha çox musiqi haqda səslənən "ruhun qidasıdır" deyimini rəqsə də aid etmək olar. Çünki kefsiz, depressiv olduğumuz zamanlarda ritmik musiqi kimi gözoxşayan rəqs də bir anda simamızda təbəssüm yaradır. Bu sahədə öz sözünü deyənlər, hər zaman istedad qədər təcrübənin də əhəmiyyətini vurğulayır, gələcəyin yaxşı rəqqaslarının ta kiçik yaşlarından bəlli olduğunu qeyd edirlər. Bəs görəsən, bu fikirlə nə dərəcədə razılaşmaq olar? Ümumiyyətlə, bu gün azyaşlılar arasında rəqsə maraq varmı? Varsa, hansı səviyyədədir?

Günümüzdə əksəriyyət ideal bədən quruluşu, düzgün qamət formalaşdırmaq üçün rəqslə həvəskar səviyyədə məşğul olur. Lakin bu sahəyə ciddi maraq göstərən, gələcəkdə peşəkar rəqqas olmağı arzulayanlar da az deyil.

Xoreoqrafların sözlərinə görə, hazırda azyaşlılar arasında təlabat daha çox milli və qafqaz rəqslərinədir.

Nadir Bağırov xoreoqraf: Son dönəmlər azyaşlılar arasında rəqsə maraq xeyli artıb. Müxtəlif rəqsləri öyrənmək üçün əsasən, 5-11 yaş arası uşaqlar müraciət edirlər...

Anar Əliyev xoreoqraf: Uşaqların sağlamlığı üçün rəqs çox önəmlidir...

 Sözügedən məşğuliyyətin insan psixologiyasına müsbət yöndə təsirinə gəldikdə

Taciyə Mehdisoy psixoloq: Uşaqların lap kiçik yaşlardan rəqsə meyillənməsi valideynlər, məktəb mühiti üçün çox vacibdir. Bəzən valideynlər bunu gələcək peşə kimi yönləndirirlər ki, belə bir peşəsi olsun...

Araşdırmalara görə, rəqslə məşğul olan məktəblilər, digərləri ilə müqayisədə daha az aqressiv olur, təhsil müəssisəsinə daha tez uyğunlaşırlar. Mühitdən asılı olmayaraq, özlərini rahat ifadə edir, cəmiyyətdə asanlıqla uğur qazanırlar.