• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1281
— 19.12.2019 20:37

Uşaqlarda kitaba maraq

KepezTV Player

Valideynlər uşaqlarını kitaba daha çox həvəsləndirməli, onu uşağa qeyri-adi gözəl bir hədiyyə kimi təqdim etməlidir. Belə olanda uşaqlar valideynin çatdırdığı hissiyata daha çox fikir verirlər. Bəzi uşaqlar doğuşdan gələn zəka ilə özləri biliyə meyilli olsalar da, onları istiqamətləndirmədən bu bilik mənbələrinə yönələ bilmirlər.

Zahid Tağıyev psixoloq: Valideynlər necə etməlidiki uşaqlarda kitaba maraq yaransın?

Bədii əsərlər uşaqların psixologiyasına müsbət təsir etdiyi kimi söz ehtiyatının da zənginləşməsinə, danışıq qabiliyyətinə müsbət təsir edir. Ötən illərə nisbətən Azərbaycanda uşaq kitablarının nəşriyyatı çoxalıb. Artıq hər bir kitab mağazasından istənilən yazarın kitabını əldə etmək olar. Uşaqlar üçün müxtəlif nağıl, povest hətta romanlar da yazılır. Uşaqlar bizim gələcəyimizdir və onların düzgün tərbiyəsi qarşıda duran ən mühim vəzifədir.Onlara sadəcə məktəb dərslikləri,elm kitabları oxutmaqla kifayətlənməməli eyni zamanda bədii kitablara maraqda yaratmalıyıq.