• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1691
— 19.12.2019 20:21

Əlillərdən ibarət ansambl

KepezTV Player

İndi sizə təqdim edəcəyimiz sujetdə bir ansanbıldan danışacağıq. ”Qarabağ gəncləri” adlı bu  ansanbılın üzvləri imtiyazlı təbəqənin nümayəndələridirlər. Onlar arasında Qarabağ əlili və veteranı, eləcə də şəhid ailələrinin üzvləri var.

Hazırda ansanbılın qızğın məşqləri gedir. Repertuara yeni vətənpərlik, torpağa, xalqa aid  mahnılar daxil edilir. Hər bir mahnın üzərində də ciddi çalışılır. ”Qarabağ gəncləri” ansanbılı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə  N saylı hərbi hissədə geniş konsert proqramı ilə çıxış edəcək.

İlqar İsmayılov II qrup Qarabağ əlili, ansamblın bədii rəhbəri:Hər birinin vətənə, xalqa, sevgisi var. Bu yeni il münasibəti ilə Gəncədə hərbi hissədə olacağıq. Mən bu çətin , sıxıntılı yolları keçmişəm. Vətənin bu dəqiqə oğullarının düşmən qabağında hansı həyacanlı olmasını mən keçmişəm. Onları o qədər ruhlandırırıq. Elə bir hərbi hissə olub ki, ora getmişik orda aylarla konsert getməyib.

”Qarabağ gəncləri” ansamblı 6 ildir Goranboy rayonu Qaradağlı kənd Mədəniyyət evinin nəzdində fəaliyyət göstərir. Ansamblı yaratmaq isə ürəyində, qəlbində vətənpərlik hissi olan keçmiş döyüşçülərin səyi nəticəsində mümkün olub.

İlqar İsmayılov II qrup Qarabağ əlili, ansamblın bədii rəhbəri:Bunların digər ansanbılların üzvlərindən fərqi çox böyükdü. Mən özümdə ağır döyüşlərdə olmuşam. Hər biri ikinci qrup əlildilər. Əlil ola-ola ifa edirlər. Ansanbılın üzvü  Sahilin ayağında, qarmon çalanımızın əlində problem var. Bunların əlilliyi ola-ola başqa ansambllardan fərqlidirlər.

Yarandığı gündən ön cəhbədə, düşmənlə üz-üzə olan müxtəlif hərbi hissələrdə, qospitallarda, eləcə də müalicə sanatoriyalarında təmmənnasız konsertlər verən ansambl üzvlərinin bir arzusu var - işğal altında olan torpaqlarda konsertlər vermək.