• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1161
— 19.12.2019 20:30

Gəncə Tibb Kollecində Nəsiminin 650 illiyinə həsr olunan konfrans keçirildi

KepezTV Player

Gəncə Tibb Kollecində Nəsiminin 650 illiyinə həsr edilən tədbir keçirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə “Nəsimi ili” elan edilməsi şairə verilən yüksək dəyər və ehtiramın göstəricisi kimi dəyərləndirilib. Nəsimi yaradıcılığının Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil etdiyi, onun XIV əsrdən sonra Azərbaycan ədəbi dilinin inkişafına məqsədyönlü istiqamət verdiyi vurğulanıb.Kollecin tələbələri tərəfindən təşkil olunan kompozisiyada Nəsiminin qəzəllərindən nümunələr həm ana dilimizdə, həm ingilis dilində səsləndirilib. Tədbirdən sonra Gəncə Tibb Kollecində istifadəyə verilən laboratoriyalarla tanışlıq olub. Kollecində 3 şöbə üzrə 7 ixtisasda 829 tələbə Ortopedik stomatologiya, laboratoriya diaqnostika və tibbi profilaktika laboratoriyalarında yaradılan imkanlardan faydalana biləcək. Burada müasir elektro mikroskoplar, müxtəlif cihaz və aparatları var. Ortopedik stomatologiya laboratoriyası isə ilk dəfə olaraq kolleclər arasında Gəncə Tibb Kollecində tətbiq olunub. Burada təhsil alan tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün ilk dəfə olaraq incəsənətin müxtəlif növlərini əhatə edən dərnəklər də yaradılacaq.