• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1200
— 19.12.2019 20:51

Gəncədə yol polisi vətəndaşlara müraciət etdi

KepezTV Player

Son günlər Gəncədə piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin sayının artması yol polislərini yenidən hərəkətə keçirib. Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları səhər saatlarından başlayaraq Gəncənin müxtəlif ərazilərində piyadaların marifləndirilməsinə başlayıb. Şəhərin mərkəzindən start verilən tədbirlər zamanı hələ də bir çox vətəndaşların piyada keçidlərindən istifadə etmədiyi, özünün və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atdığı məlum olub. Belə vətəndaşlar yol polisləri tərəfindən saxlanaraq onlarla marifləndirici söhbətlər aparılıb. Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsi vətəndaşlara bir daha müraciət edərək piyadları nəzərdə tutulan keçidlərdən istifadə etməyə çağırıb.

Hacı Həsənov baş inspektor: Piyadalara və sürücülərə tövsiyyəmiz ondan ibarətdir ki piyada keçidlərin keçən və yaxudda hərəkətə başlayan piyadalara sürücülərimiz yol versinlər və piyadalarda yolu müəyən olunmamış yerdən keçməsinlər və özlərinin həyatlarını təhlükəyə atmasınlar.

Natiq Hüseyn