• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1465
— 19.12.2019 12:36

Protokollar MnSK-lara verilib

KepezTV Player

Səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyasına verilməsi üçün ayrılan vaxt başa çatıb. "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı"na əsasən, səsvermə gününə ən azı 4 gün qalanadək səsvermə protokolları dairə seçki komissiyasından məntəqə seçki komissiyasına verilməlidir. Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.