• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1017
— 18.12.2019 18:04

Marketi qarət etdiyinə görə saxlanıldı, ipdən paltar oğurladığı üzə çıxdı

KepezTV Player

Hadisənin ötəngünkü buraxılışında ipdən paltar oğurlayan kişi barədə xəbər vermişdik. İndi yenə həmin şəxsdən danışacağıq. Bu dəfə başqa əməlindən. Gecə saatlarında bir kişinin şübhəli davranışları və əlindəki siqaret qutuları ayıq-sayıq polis əməkdaşlarının diqqətindən yayınmayıb. Saxlanıldıqdan sonra onun market qarət etdiyi, üstəlik ipdən paltarlar oğurlayan həmin o "qəhrəman" olduğu üzə çıxıb.

Paytaxtın Nəsimi rayonu Asif Məhərrəmov küçəsində yerləşən marketlərdən birindən oğurluq edilib. Naməlum şəxs gecə saatlarında mağazanın qapısını sındırıb içəri daxil olaraq oradan 550 qutu müxtəlif növ tütün məmulatları və içərisində 1923 manat olan seyfi götürərək hadisə yerindən uzaqlaşıb. Gecə saatlarında həmin şəxsin şübhəli davranışları və əlindəki oğurlanmış siqaret qutuları polislərin diqqəti cəlb etdiyindən o, Binəqədi rayonu ərazisində saxlanılaraq 7-ci Polis Bölməsinə gətirilib.

Araşdırma zamanı Babək İsmayılovun Binəqədi rayonu ərazisində yerləşən binalardan birinin həyətindən ipdən asılmış paltarlar və pərdələr oğurladığı da məlum olub. Saxlanılan şəxs barəsində 7-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinə göndərilib.Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.