• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1045
— 18.12.2019 18:53

“Biri od olanda digəri su olmalıdır”

KepezTV Player

“Müasir dövrdə insanlar keçmişdəkinə nisbətən daha aqressivdir”- Biz bunu tez-tez eşidirik. Keçmişdə insanların necə olduğunu deyə bilmərik, çünki görməmişik, sadəcə eşitmişik. Amma indi həqiqətən də insanların bir-biri ilə münasibətlərində aqressivlik müşahidə olunur.

Mübahisələr, çəkişmələr xüsusən ictimai nəqliyyatda, dükan-bazarda və başqa ictimai məkanlarda tez-tez baş verir. Nə üçün? İnsanları aqressivləşdirən nədir? Və ən əsası belə aqressivliklə üzləşdikdə biz necə davranmalıyıq?

Bəs, aqressivliklə üzləşdikdə necə davranmalıyıq ? Reaksiyamız necə olmalıdır ? “Biri od olanda digəri su olmalıdır”. Əslində bizim bu günkü araşdırmamızın nəticəsini elə bu atalar sözü ilə çox məntiqli və sadə şəkildə izah etmək olar. Bircə qalır lazımi anda emosiyalara qalib gələrək “su olmağı” bacara bilmək... Bunu isə mütləq bacarmaq lazımdır. Çünki başqa bir atalar sözündə deyilir ki, “hirsli başda ağıl olmaz”.