• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1990
— 18.12.2019 19:13

Gəncənin 4 güləşçisi yığmaya dəvət alıb

KepezTV Player

Sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığmasında Gəncə təmsilçilərinin sırası genişlənib. Belə ki, növbəti təlim-məşq toplanışına start verən millinin heyətinə Nizami yurdunun 4 yetirməsi dəvət alıb.

Onlar arasında illərlə yığmanın tərkibində yer alan daimi üzvlərlə yanaşı, debütant da var. Bu, Ramiz Həsənovdur. O, böyüklərin komandasına ilk dəfə çağırılıb. Həsənov sonuncu Azərbaycan çempionatında medalçılar sırasına düşməklə məşqçilərin etimadını qazanıb. Son ölkə yarışının daha bir mükafatçısı Ruslan Qasımov da yığmanın sıralarına qoşulub. Turan Bayramov isə artıq millinin tam hüquqlu üzvünə çevrilməkdədir. Son vaxtlar tez-tez böyüklərdən ibarət komandaya dəvət alan Bayramovun gələn il Avropa çempionatında iştirakı müzakirə mövzusudur. Ardıcıl uğurlu nəticələrlə mütəxəssislərin diqqətini cəlb etməyə bacaran Bayramov yeni çağırışlara hazır görününür. Sevindirici məqam yığmanın ən təcrübəli və aparıcı güləşçilərindən biri olan Toğrul Əsgərovun da hazırlıq prosesinə qatılmasıdır. Bundan əvvəl millinin tərkibində Dağıstan toplanışda da iştirak edən titullu pəhləvan əvvəlki formasına bərpa etməyə çalışaraq Bakıdakı məşqlərdə də səylə çalışır. Qeyd edək ki, Olimpiya Güləş Mərkəzində reallaşan təlimlərə baş məşqçi əvəzi Zəlimxan Hüseynov rəhbərlik edir. Məşqlər dekabrın 25-dək davam edəcək. Yığma təlim-məşq toplanışının növbəti hissəsini Türkiyədə keçirəcək. Yeri gəlmişkən, Toğrul Əsgərov və komanda yoldaşları yanvarın əvvəlində qardaş ölkədə Yaşar Doğu adına beynəlxalq turnirdə güləşəcəklər.