• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1099
— 18.12.2019 19:18

Məntəqələr seçkiyə hazırdır

KepezTV Player

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq Tovuzda da yekunlaşıb. Rayonda seçki məntəqələri səsverməyə tam hazırdır.

105 saylı Tovuz şəhər Dairə Seçki Komissiyası üzrə 16 bələdiyyəyə seçkilər keçiriləcək. 474 namizəddən ən layiqlisi 45 məntəqə üzrə siyahıya alınan 47 min 34 seçici tərəfindən müəyyənləşəcək. Seçkini 500-dən çox yerli müşahidəçi izləyəcək. Bundan başqa bir neçə məntəqədə seçkilər VEB kameralar vasitəsi ilə canlı izlənəcək.

Mahir Həsənov - 105 saylı DSK-nın sədri: Məntəqələr demək olar tam hazırdır. Bütün məntəqələr daşınan qutu lazımı inventarlarla plakatlarla təmin olunub.

Seçki Dairəsi üzrə 611 nəfər ilk dəfə səs verəcək. 2 seçicinin yaşı isə 100-dən yuxarıdır.

Rahilə Yusifova - MnSK sədri: Bələdiyyə seçkilərin ümidvaram ki seçicilərimiz aktiv iştirak edəcək. 41 namizədimiz var. 1404 seçicimiz var. Məntəqəmiz seçkiyə tam hazırdır.

106 saylı Tovuz-Qazax-Ağstafa Dairə Seçki Komissiyası üzrə 46 min 164 nəfər seçici qeydiyyata alınıb. Onlar 19 bələdiyyə üzrə 390 nəfər arasından seçim edəcəklər. Seçkilərin gedişini 363 nəfər yerli müşahidəçi izləyəcək. 8 məntəqədə VEB kamera quraşdırılacaq.

İlqar Hüseynov - 106 saylı DSK-nın sədri: Bütün məntəqələrə daşınan qutular verilib. seçki bülleteni gətirilib. Seçkilərə üç gün qalmış büllütenlər məntəqələrə paylanacaq. Demək olar ki seçkiyə tam hazırıq.

106 saylı Dairə Seçki Komissiyası üzrə 3 nəfər 100 yaşdan yuxarı 162 nəfəri ilk dəfə səs verən şəxs var.

Valeh Məmmədov - MnSK sədri: Müşahidə kameraları quraşdırılıb. Hal-hazırda işləyir. Məntəqədə 1434 seçici var. 45 namizədimiz var. İlk dəfə səs verənlərimiz 8 nəfərdir.

Ümumilikdə Tovuz rayonunda 41 bələdiyyə üzrə seçkilər keçiriləcək. Bu bələdiyyələrə seçkilər 98 məntəqədə rellaşacaq. Rayon üzrə ümumilikdə 46710 seçici qeydiyyata alınıb.