• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1002
— 18.12.2019 16:20

"Sənin səsin, sənin seçimin"

KepezTV Player

23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı UTECA-da "Sənin səsin, sənin seçimin" adlı görüş təşkil olunub. 200-dən artıq gəncin qatıldığı tədbirdə GDU və ADAU-nun tələbələri də iştirak ediblər. Toplantının reallaşdırılmasında məqsəd səsvermədə ilk dəfə iştirak edənlərin seçki proseduru ilə bağlı maarifləndirilməsi olub. Görüşdə seçkilərlə bağlı informasiya çatışmazlığının aradan qadırılması məsələsi müzakirə olunub,  gənclərin prosedurda fəal iştirakını təmin etməyin vacibliyi diqqətə çatdırılıb.

Rəşad Əlizadə - Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri: Bu seçkiylə bağlı sayca 2-ci toplantımızdır. İlk toplantımız Gəncə Regional Kollecdə baş tutmuşdu.