• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2590
— 29.10.2019 20:16

Xəzərdə partlayış: bir neftçi öldü, üçü yaralandı

KepezTV Player

Bu gün günorta saatlarında Gürgan qəsəbəsi yaxınlığında geoloji kəşfiyyat işləri aparan ekspedisiya qayığında partlayış baş verib. Dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan qayıqda qeydə alınan hadisə nəticəsində SOCAR-ın əməkdaşı Habil Məmmədov həlak olub, 3 nəfər - Azər Vəliyev, Bəhruz Paşayev və müqavilə əsasında xidmət göstərən qayıqçı Böyükağa Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar 5 saylı şəhər xəstəxanasına, oradan isə Mərkəzi Neftçilər xəstəxanasına köçürülüblər.Faktla bağlı Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.