• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1632
— 18.12.2019 12:05

Məhəllələri bələdiyyələr abadlaşdıracaq

KepezTV Player

Son bir neçə ayda 100-dən artıq küçə asfaltlanıb, şəhərin müxtəlif ərazilərində 1000-dən çox yeni işıq dirəyi quraşdırılıb. 2020-ci ildə Gəncədə bələdiyyələr tərəfindən məhəllələrin abadlaşdırılması prosesi də davam edəcək. Bu barədə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə səyyar görüşdə dilə gətirib. Görüşdə sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlərin həlli istiqamətində tapşırıqlar verilib. Məhəllədaxili yolların asfaltlanması, ara küçələrdə işıqlandırma sisteminin qurulması, uşaqlar üçün oyun meydanşaçısının yaradılması, işlə təminat, fərdi yaşayış evinə qaz xəttinin çəkilməsi, sənədləşmə və s. məsələlər üstünlük təşkil edib. Dilə gətirilən məsələlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.