• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1454
— 17.12.2019 20:46

Gənclərin musiqi zövqü niyə korlanıb?

KepezTV Player

İstənilən halda savadlı, zövqlü və klassik musiqinin təbliğində kütləvi informasiya vasitələri ilə yanaşı, musiqiçilər də maraqlı olmalıdır.

Bəzən gənclər müasirlik deyib, Avropa mahnılarını mənimsəməyə çalışır, milli musiqilərimizdən ümumiyyətlə, imtina edirlər.

Gülxar Nəsibova musiqiçi: Balansı qorumaq üçün milli kökdən ayrı düşməmək lazımdır. Milli kökə əsaslanıb Avropa musiqisinə, dəyərlərinə sintez olunmaq olar...

İstər keçmişə aid olsun, istərsə də gələcəyə. Fərq etməz. Önəmli olan mədəni dəyərlərimizi yaşatmaqdır. İndi çoxumuz müasir mədəniyyətdə şedevrlərin, həqiqətən dəyərli sənət nümunələrinin olmadığından gileylənirik.

Bəzən unuduruq ki, biz özümüzdə bu dövrün insanları, bu millətin nümayəndələriyik. Elə isə problem bəlkə elə özümüzdə, cəmiyyətimizdədir. Görəsən, nəyi düz eləmirik?

İstənilən halda savadlı, zövqlü və klassik musiqinin təbliğində kütləvi informasiya vasitələri ilə yanaşı, musiqiçilər də maraqlı olmalıdır.

Musa Bayramov tar ifaçısı: Biz deməklə deyil ki, klassik musiqiyə hamı qulaq asa bilər...

Bəzən gənclər müasirlik deyib,Avropa mahnılarını mənimsəməyə çalışır, milli musiqilərimizdən ümumiyyətlə, imtina edirlər.