• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1140
— 17.12.2019 20:38

Adi şirniyyatdan sənət əsərinə..

KepezTV Player

Vitraj, rəsm əsəri, tikiş və başqa sənət nümunələri ilə məşğul olanlar cəmiyyətimizdə çoxluq təşkil edir. Növbəti sujetimizdə isə bu işlərin hər birini bir arada edən qadından danışacağıq. Üstəlik ərsəyə gətirdiyi şirniyyatlardan da.

Sərəncam xanın Azərbaycan kulinariyası deyəndə sadə, hər kəsin bildiyini yox, tam fərqli uslubu qeyd edir. Adi mantıları fərqli gül və yarpaq şəklinə salır. Eyni zamanda istifadə etdiyi rəngləri tərəvəzlərdən əldə edərək məhsulun tam orqanik olmasına xüsusi fikir verir. Adi peçeniyelərdə, tortlara isə xüsusi əmək sərf edərək mükəmməl sənət əsərləri ərsəyə gətirir. Bu azmış kimi müxtəlif vitraj və muncuqdan olan əsərləri böyük rəğbətlə qarşılanır. Bu tovuzquşu əsərinin hazırlanmasına 150 min muncuq istifadə edib.

Qonağı olduğumuz xanımın ən möhtəşəm əsərlərindən biri isə şokolad ilə üzünün büstünü və əllərini yaratmasıdır.