• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 920
— 17.12.2019 20:36

UTECA-da Təlim Tədris Mərkəzi yaradıla bilər

KepezTV Player

23 dekabra təyin olunan bələdiyyə seçkiləriylə əlaqədar olaraq, UTECA-da tələbələrlə maarifləndirici görüş keçirilib. Tədbir seçkilərə qatılacaq namizədlərin, universitet heyyətinin iştirakı ilə reallaşıb. Tələbələrin təşəbbüsü ilə həyata keçirilən maarifləndirici tədbirdə cəmiyyətdə bələdiyyələrin rolu, onların üzərinə düşən vəzifə, öhdəliklər diqqətə çatdırılıb, seçkilərdə iştirakın vacibliyi vurğulanıb. Həmçinin, yerli özünüidarəetmə orqanlarıyla bağlı UTECA-da açılması nəzərdə tutulan yeni mərkəz barədə məlumat verilib.

Füzuli Məmmədov kafedra müdiri: Bilirik ki, qərb bölgəsində yerli özünüidarəetmə orqanlarının kadrlarını, eləcə də yeni seçici və namizədləri maarifləndirmək üçün Təlim Tədris Mərkəzi yoxdur. Biz çalışırıq ki, bu Təlim Tədris Mərkəzini UTECA-da yaradaq. Çünki bunun üçün Azərbaycan Texnologiya Universitetində hər cür şərait var.