• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1526
— 17.12.2019 12:27

İlk dəfə Gəncədən Cocuq Mərcanlıya

KepezTV Player

Gəncədən Cocuq Mərcanlıya getmək istəyənlərə xəbərimiz var. Artıq birbaşa Cəbrayılın adıçəkilən kəndinə getmək mümkün olacaq. İlk dəfə olaraq bu gün avtobus reysi gerçəkləşib.

Sübhan Abbasov sərnişin:Xalamgil orada yaşadığına görə tez-tez gedib gəlirdim. Həmişə gedib Horadizdə düşürdüm oradan da maşın tapmaq çətin idi. Ancaq bu gün çox sevincliyəm ki, bir başa Cocuq Mərcanlıya gedəcəm.

Cocuq Mərcanlıya getmək istəyənlərin üzlərində sevinc var. Çünki birbaşa Gəncədən Cocuq Mərcanlıya getmək imkanı yaranıb. Nəqliyyat, Rabitə və Yüksək Texnalogiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən Gəncə-Cocuq Mərcanlı marşurut xətti fəaliyyətə başlayıb. Marşurut xətti Gəncə Beynəlxalq avtovağzalından hər gün saat 10:30-da yola düşəcək.

Gəncədən ilk dəfə olaraq Cocuq Mərcanlıya hərəkət edən mikroavtobus mənzil başına 4 saata çatacaq. Bu müddət ərzində mikroavtobus Respublikanın 5 şəhər və rayonun stansiyalarında dayanacaq.

Elnur Mahmudov Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə Regional şöbəsinin rəisi: Marşurutun hərəkət sxemi Gəncə, Yevlax, Ağcabədi, Beyləqan və Horadiz təşkil edəcəkdi. Marşurutun ümumi trayektoriyasının uzunluğu 268 km-dir. Ancaq buna baxmayaraq Gəncə-Horadiz istiqamətinə olan qiymət alınacaqdı.

Sərnişinlərin rahat və təhlükəsiz mənzil başına çatması üçün avtovağzaldan 18 nəfər tutumu olan mikroavtobus hərəkət edəcək. Cocuq Mərcanlıdan isə digər mikroavtobus Gəncəyə hər gün saat 8:55-də çıxacaq.

Namiq Həsənov Gəncə Beynəlxalq Avtovağzalının direktoru:Bu gün hələ ki, 2 mikroavtobusla xətti başlayırıq. Əgər ehtiyac olarsa xətlərin sayını 4-ə çatdıracağıq.

Elsun Rüstəmzadə sürücü:Mən bu gün çox sevincliyəm. Bu məsuliyyəti üstümə götürmüşəm. Gəncədən Cocuq Mərcanlıya ilk dəfə marşurut sürürəm. İnşallah mənzil başına sağsalamt çatarıq.

Gəncə Beynəlxalq avtovağzalından hər gün müxtəlif saatlarda respublikanın 18 şəhər və rayonuna, eləcə də kənd və qəsəbələrinə avtobus, mikroavtoslar hərəkət edirlər.