• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1055
— 16.12.2019 17:36

Nitqdə yaranan problemlərin həlli yolları

KepezTV Player

Son illər ölkəmizdə nitqi qüsurlu uşaqların sayının artması barədə xəbərlər narahatlıq yaradır. Təbii ki, bunun səbəbləri barədə müxtəliflik var. Ehtimallar sırasında ilk yerləri isə əlbəttə ki, müasir dövrün ayrılmaz atributları – kompüter, planşet, smartfonlar tutur. Nitqlə elektron avadanlıqlar arasında həqiqətən əlaqə varmı? Gələcək nəsillərin nitqinə görə narahat olmağa dəyərmi?

Əvvəllər deyirdilər ki, insan üçün ən yaxşısı düşündüyünü danışmaqdır. Başqa cür desək - yəni danışmamışdan əvvəl düşünmək lazımdır. İndi isə daha çox danışmağın lazım olduğu deyilir.

Qədim insanlar arasında ünsiyyətə ehtiyac yarandığı üçün nitq formalaşdı. İndi isə sanki əks prosses başlayıb. Getdikcə insanlar arasında real ünsiyyət virtual əlaqə formasında özünü biruzə verir.