• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1645
— 16.12.2019 17:26

Startaplar nə dərəcə aktualdır

KepezTV Player

Startap. Son dövrlərin daha çox eşidilən sözlərindən biri. Miqyaslana biləcək bir biznes modelini öncə axtarmaq, daha sonra inkişaf etdirmək və təsdiqləmək üçün yaranan şirkət və ya bir layihə olan startap milyonlarla gəlir gətirmək imkanı yarada bilər. Xüsusilə gənclərin arasında populyarlaşan startaplarla bağlı bilmədiyiniz faktlar, Gəncədə bu sahədə mövcud imkanlar barədə qarşıdakı sujetdə.

Kiçik biznesin tam bir kommersiya qurumuna çevrilənə kimi keçdiyi yoldur startap. Bununla kimlərsə razılaşmırsa, onlar da haqlıdırlar: biznesin bu forması çox yenidir və hələ sona qədər araşdırılmayıb. Startupın əsas xüsusiyyətlərindən biri onun inkişafı üçün vəsaitin çatışmazlığıdır. Əgər çalışmaq Sizin qanınızdadırsa, startap biznesi tam sizin üçündür. Yaradıcılıq prosesində heç nəyə baxmadan irəliyə doğru addımlamağı sevən insanlar bu biznes yolunu seçə bilərlər.

İsa İbrahimli - Startapçı: Bizim startapın adı “OtMilk”-dir. İki min manat məbləğində ilkin investisiya qazanıb. Gələcəkdə startapımızı inkişaf etdirərək, biznesə çevirməyi düşünürük. Bizim startapımız xüsusi metodlarla hazırlanan bir süd məhsuludur. Həmin süd məhsulunu laborator şəraitdə hazırlayırıq. İstifadəyə tam yararlıdır. Bir neçə şirkət tərəfindən analiz edilib. Veqanlar üçün, süd içə bilməyən, bu məhsul ilə qidalana bilməyən insanlar üçün nəzərdə tutulub.

Mirdamət Muradov - Startapçı: Startapımız yenidir. Baytarlıq təbabəti ilə bağlı müasir diaqnostika və süni intellektin tətbiqi ilə bağlı bir proqram təminatıdır. Əsasən, müəllimlərimizin apardığı elmi tədqiqat işi ilə həmin proqram təminatını uzlaşdırırıq. Həftənin üç günü innovasiya mərkəzində toplanırıq, komandamızla müzakirələr aparırıq. Startapımız xüsusən də qida təhlükəsizliyi, heyvan sağlamlığı və epizootik xəritənin hazırlanmasına öz töhfəsini verəcəkdir. Tərəfdarıyam ki, insanlar təhsil aldığı sahə üzrə startaplar hazırlamağa meyil göstərsinlər.

Məhsul və ya xidmətinizin böyük bazara çıxması gərəkdirsə, bu, startapların yaradılmasına əsas yaradır. Startupların yaradılmasında ən əsas səbəblərdən biri, bəlkə də birincisi onun bütün internet istifadəçilərinə çatdırılmasındadır. Yəni əgər kiçik biznesiniz yaxşı gedirsə, onu böyük bir şirkətə çevirmək üçün çıxış yolu axtarırsınızsa, bunu startaplarda tapa bilərsiniz. Quql, Pinterest, Feysbuk və başqalarının adlarını çəkə bilərik ki, investisiya dəyərləri milyardlarla ölçülən bu şirkətlərin qiymətləri də, göründüyü kimi gözqamaşdırıcıdır.

Fərrux Rəhimov - Mentor: Startap yeni bir innovativ fikirdir. Biznesə çevrilə bilir. Gələcəkdə idea sahibinə gəlir gətirə bilir. Gəncə şəhərində də, son dövrlərdə universitetlərdə startap otaqları yaradılır, mentorlar üçün təlimlər keçirilir. Startap günləri təşkil olunur. Aqrar universitetdə innovasiya mərkəzində startaplar üçün otaq yaratmışıq, sırf startaplar üçün. Tələbələr gəlib idealarını bu ofisdə gerçəkləşdirə, mentor dəstəyi ala bilərlər. İldə 2 dəfə startap günləri keçirilir. Bütün universitet tələbələri iştirak edə bilərlər. Tələbələrimizi dəvət edirəm, araşdırsınlar, baxsınlar hansı problemlər var, innovativ təkliflərlə çıxış etsinlər.

Adətən startapların əməliyyat tarixi qısa olur və onlar qısa müddət ərzində ya uğurlu şirkətlərə çevrilir yaxud uğursuzluqla üzləşib müflis olurlar. Startap və sahibkarlıq anlayışları oxşar olsa da sahibkarlığa özünüməşğulluq fəaliyyəti və böyümək niyyətində olmayan müəssisələr də daxildir. Startap isə yalnız təsisçidən ibarət yox, kənar ərazilərdə inkişaf etmək niyyətində olan, işçiləri olan və sürətlə böyümək məqsədi daşıyan yeni müəssisə növüdür.

Startuplar biznesində yeniliklər çox şeydir. Böyük şirkətlər innovasiyalara böyük pullar ayırır, uğurlu startupları axtarır və bir neçə il vaxt itirərək onu hazırlamaqdansa işin haqqını ödəyərək startupı almağa cəhd edirlər. Əgər Siz də, təşəbbüskarsınızsa, startaplarla bağlı xüsusiyyətlərdən hansınısa özünüzdə görürsünüzsə mütləq bir startapa başlamaq haqqında düşünməlisiz.