• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1506
— 16.12.2019 17:59

Şəmkirin Zəyəm qəsəbəsində sakinlərin susuz günlərinə son qoyulacaqmı?

KepezTV Player

Televiziyamızın qaynar xəttinə növbəti şikayət zəngi Şəmkirin Zəyəm qəsəbəsindən gəlib. Sakinlər illərdir su sarıdan əziyyət çəkdiklərini bildiriblər. Vəziyyətlə yerində tanış olan əməkdaşlarımız problemin nə zaman həll ediləcəyinə aydınlıq gətirməyə çalışıblar.

Susuzluqdan meyvə bağları və əkin sahələri yararsız hala düşüb. Gündəlik istifadə olunan suyu isə xüsusi maşınlarla gətirilir. Şəmkirin Zəyəm qəsbəsində 200-dən çox ailə suya olan ehtiyaclarını bu yolla ödəyirlər.

Fərhad İsmayılov – sakin: Su boru ilə oradan gedir. Getdik baxdıq dedilər düzələcək heç nə olmadı. Artezianı orada vurdular bu tərəfdə vurdular ay vuracaqlar yoxdu. Niyə vurmadılar onu bizə demirlər. 

Rasim Əzizov – sakin: Əhali sudan hədsiz dərəcədə əziyyət çəkir. Biz o günlərə qalmışıq ki, bizim qadınlar sudan ekomoniya etsinlər deyə paltarı yuyub həmin suyuda çiləyilər ki, toz qalxmasın.

Zəyəmdə bir neçə artezian quyusu olsa da onlar qəsəbənin mərkəz hissəsini əhatə edir, ətrafda yaşayanlar isə günədlik olaraq suyu pulla əldə edirlər.

Fariz Alırzayev – sakin: Nə olur olsun bizi su ilə təmin etsinlər. 21-ci əsrdə biz suyu pulla  alırıq. Bir vedrəsini 30-40 qəpiyə alırıq.

Qumru Məmmədova – sakin: Dedilər su vurduracam o kanaldan vurulmadı. Artezian vurulacaq vurulmadı. Belə də şey olarmı. Bizə kimə deməliyik.

Vətəndaşların su sarıdan narazılıqlarını televiziyaya bildirdiklərini eşidən Zəyəm qəsəbəsinin icra nümayədəsi Vazeh Vəliyev də əraziyə gəldi. Sakinlərlə dialoqdan sonra gələn il su olmayan ərazidə yeni subaretazin quyusunun qazılacağını əminliklə söyləyib.

Vazeh Vəliyev - Zəyəm qəsəbəsi üzrə icra nümayəndəsi: Dövlət tərəfindən 3 ədəd artezian ayrılıb. Allah qoysa yanvar ayında o artezianın ən azı ikisi bu əraziyə düşəcək. Bu ərazidə o iki ədəd artezian quyusunu vurduracağıq.

İcra nümayədəsinin təbilincə desək sakinlərə səbr edib 1-2 ay da gözləmək qalır. Sözün əməldə reallaşması üçün.  

 

Natiq Hüseyn