• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 766
— 16.12.2019 17:49

Gədəbəyli taekvondoçudan tarixi nailiyyət

KepezTV Player

Azərbaycan yığması ilk dəfə təmsil olunduğu uşaqların Avropa birinciliyində 10 idmançı ilə iştirak edib. Komandanın tərkibində Gədəbəyin iki təmsilçisi yer alıb. Məşqçi Beyrək Bağırovun yetirmələrindən Süleyman Həsənov və Sevil Bağırova mükafatlar uğrunda dayanq üzərinə çıxıb. Həsənov oğlanlar arasında 24 kq çəki dərəcəsində, Bağırova isə qızların mübarizəsində 29 kq-da vuruşub. Döyüşlərinə nəticəsinə əsasən, Süleyman Gədəbəy taekvandosunun tarixinə ölkə xaricində beynəlxalq səviyyəli ilk yarış kimi düşən Almaniya turnirində bürünc medal qazanıb.

Gədəbəy idmançılarının Avropa birinciliyində iştirakı və vətənə medalla dönməsi rayonda sevinclə qarşılanıb. Gədəbəyin girişində yerləşən Heydər Əliyev mərkəzinin önündə qarşılanma mərasimi təşkil olunub. Rayon ictimaiyyətinin nümayəndələri qazanılan uğur münasibəti ilə bir araya gəlib. Mərasimdə son illərdə idmançılarımızın beynəlxalq arenalarda əldə etdiyi nəticələrdən, ölkəmizin mühüm yarışlara ev sahibliyi etməsindən və bundan dolayı Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanınmasından danışılıb. Həmçinin, Gədəbəydə olimpiya idman növləri proqramına daxil olan taekvondonun qısa müddətdəki inkişafından və nailiyyətlərindən də bəhs olunub.

Qeyd edək ki, Gədəbəydə taekvando bölməsi iki il öncə yaradılıb. Bölmənin idmançıları bu vaxta kimi ölkə daxili bir sıra yarışlarda iştirak edərək mükafatçılar sırasına düşüblər.