• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1514
— 16.12.2019 17:55

Seçkiyə hazırlıq başa çatıb

KepezTV Player

Goranboyda bələdiyyə seçkilərinə hazırlıq işləri başa çatıb. Rayondakı 2 seçki dairəsinə göndərilən bülletenlərin bu həftə seçki məntəqələrinə paylanmasına başlanılacaq.

97 saylı Goranboy-Ağdam-Tərtər Dairə Seçki Komissiyası tərəfindən 19 bələdiyyə 161 üzv seçilməlidir. Bələdiyyə olmaq üçün 482 nəfər mübarizə aparacaq. Dairənin 37 seçki məntəqəsində 21 min 190 seçici qeydəalınıb. Seçicilərin 2878-i Tərtər, qalanı isə Goranboy sakinləridir. Seçkiləri öz təşəbbüsü ilə 415 müşahidəçi izləyəcək. Seçki gügünə hazırlığın başa çatdığı dairə seçki kommisiyasına seçki bülletenləri də göndərilib.

Zaur Məmmədov - 97 saylı DSK-nın katibi: Təqvim planına uyğun olaraq blutenlərin dairə seçki komissiyasından məntəqə seçki komissiyasına çatdırılması üzərində işlər gedir. 6 məntəqəmiz veb kamera ilə təchiz olunub. Onlarda ötən gün Mərkəzi Komissiyası və İnfarmasiya Nazirliyi tərəfindən yoxlanılıb. Heç bir nöqsan aşkar edilməyib. Hamısı seçkiyə tam hazır vəziyyətdədir.

96 saylı Goranboy-Naftalan seçki Dairəsi üzrə seçkilərdə 828 nəfər mübarizə aparacaq. Gənclər və qadınların üstünlük təşkil etdiyi namizədlər sırasından 33 bələdiyyə 269 üzv seçilməlidir. 5-i Naftalan, 40-ı isə Goranboyda olan seçki məntəqələrindəki seçici siyahısında 41 min 437 nəfərin adı var. Bu seçki dairəsi üzrə 23 dekabrda 400-ə yaxın müşahidəçi prosesi izləyəcək.

 

Elnur Vahidoğlu