• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1643
— 16.12.2019 11:57

Qanunvericilikdəki yeniliklər yerlərdə izah edilir

KepezTV Player

Azərbaycan Dövlət Reklam Agentliyinin 3 Regional İdarəsinin əməkdaşları Gəncədə bir araya gəlib. Agentliyin Şəki, Bərdə və Gəncə Regional İdarələrində çalışan əməkdaşlar bütün ölkə üzrə aparılan təlimlər çərçivəsində dövlət qurumunun fəaliyyət istiqamətlərini tənzimləyən normativ hüquqi aktlarda edilən dəyişikliklər və qüvvədə olan qanunvericilik aktlarının tələbləri barədə məlumatlandırılıblar. Əməkdaşların maarifləndirilməsi və bu bilgilərin regionlarda fəaliyyət göstərən sahibkarların işinin asanlaşdırılması üçün onlara ötürülməsi məqsədilə keçirilən təlimlər müxtəlif mövzuları əhatə edib. Yeni yaradılan zonalar və onların sistemə daxil edilməsi yolları da agentlik işçilərinə izah olunub. Təlimlərdə həmçinin regionlarda sıx rast gəlinən məsələlər, sahibkarları maraqlandıran suallar, onların həlli yolları, açıq məkanda reklam sahəsindəki aktual mövzular müzakirə edilib. Agentliyin regional idarələrinin mərkəzi aparatla ahəngdar və sistemli şəkildə çalışması, açıq məkanda reklam yayımı zamanı Azərbaycan dilinin qorunması məsələlərinə də toxunulub. Lənkəranda start götürən təlimlərə dekabrın 22-də Bakıda yekun vurulacaq.