• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 952
— 16.12.2019 11:41

Sərxoş sürücü piyadanı öldürdü

KepezTV Player

Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Şəmkir-Düyərli yolunun 8-ci kilometrliyində qeydə alınıb. Rayonun Dəllər-Çırdaxan kənd sakini, 54 yaşlı yaşlı Qara Həsənov sərxoş vəziyyətdə idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçmək istəyən Düyərli kənd sakini, 52 yaşlı Cəmaləddin Rüstəmovu vuraraq hadisə yerindən qaçıb. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Yolu keçmək istəyən piyadanı vuraraq hadisə yerindən yayınan sürücü isə polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.